Mart 14, 2022 11:52 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikası prezidenti "Nur" peykinin uğurla orbitə buraxılmasına toxunaraq, ölkə alimlərinin kosmosda peyk yerləşdirmək üçün bu qabaqcıl texnologiyaya nail olmaq istiqamətində atdığı mühüm addımı “çox dəyərli və qürur mənbəyi” adlandırıb və deyib ki, bu texnologiyaya nail olmaq ölkənin milli gücünün təzahürüdür.

SəhərAzəri-nin məlumatına əsasən, bazar günü Nazirlər Kabinetinin iclasında çıxış edən Seyid İbrahim Rəisi qeyd edib ki, silahlı qüvvələrin, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə səyləri ilə əldə edilmiş bu qabaqcıl texnologiyaya milli qüdrətin bariz təzahürüdür və daha güclü şəkildə davam etdirilməlidir. 

Prezident Raeisi çıxışının digər bir hissəsində qonşu ölkələrin və regionun bazarlarında fəal iştirak etmək səylərini vurğulayıb və bildirdi ki, son aylarda bu sahədə mühüm tədbirlər görülüb və mövcud şəraitit nəzərə alaraq, daha fəal iştirak üçün hərtərəfli planlar hazırlanmalıdır.

Hazırda peyk başlatma saytlarının tikintisi 6 ölkənin əlindədir və İran kosmik bazanın inkişafı baxımından növbəti pillədədir.

Teqlər