Mart 16, 2022 18:34 Asia/Baku
  • Bloklanmış 530 milyon dollar Tehrana ödənildi

Britaniya hökuməti İran İslam Respublikasına olan borcunu geri qaytarmağa məcbur edilib.

SəhərAzəri-nin məlumatına əsasən, İran ilə Britaniya arasında uzun sürən məhkəmə çəkişməsində qalib tərəfin təsbit olunması ilə rəsmi London silah müqaviləsi ilə əlaqədar dondurulmuş 530 milyon dollara çatan borcunu ödəməyə məcbur olub.

Mlumatda həmçinin qeyd olunur ki, İranın hüquqi müstəvidə ingilislərin üzərində qələbə çalması və borcun geri alınması ilə eyni vaxtda, çoxdandır iki ölkə münasibətlərini kölgə altında saxlayan və mediaların diqqətini çəkən məhbuslar məsələsi də həll olunub. Belə ki, İranda Britaniyanın xeyrinə casusluq etdiyinə görə həbs edilən Nazənin Zəğari cəzasını çəkdikdən sonra bu gün İmam Xomeyni Beynəlxalq Hava Limanında Britaniya hökumətinin nümayəndələrinə təhvil verilib.

İran əsilli Britaniya vətəndaşı 2016-cı il aprelin 3-də İranda həbs edilib.

Nazənin Zəğari xarici şirkət və qurumların üzvü olmaqla İran İslam Respublikasının yumşaq devrilməsi mövzusunda media və kiber layihələrin işlənib həyata keçirilməsində ittiham olunaraq Zağari 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Ənuşə Aşuri adlı daha bir İran əsilli Britaniya vətəndaşı da azadlığa buraxılaraq Londona qaytarılıb.

Teqlər