İran sivilizasiyasının mədəni irsi sayılan Novruz gəlib
İranda Novruz bayramı qeyd olunur
İran təqvimində yeni ilin başlanğıcı olan Novruz bayramı özünəməxsus şəkildə qeyd olunur və yazın gəlişini simvolizə edən ən qədim ayin və ənənələrdən biridir.
SəhərAzəri-nin məlumatına əsasən, Orta Asiyadan Yaxın Şərqə, Balkanlardan Hindistan və Pakistana qədər geniş bir coğrafiyada qeyd olunan Novruz bayramı İranda ən mühüm və ən qədim Yeni il mərasimidir. Novruzun müxtəlif coğrafiyalarda fərqli adlar və adət-ənənələrlə qeyd olunmasına baxmayaraq, eyni taleyi paylaşan coğrafiyalarda bu mərasimin oxşar ayinlərlə qeyd olunması bölgə xalqları arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verməkdədir.
“Yeni gün” mənasını verən Novruzun mənşəyi bahar fəslinin gəlişidir. Ağır və sərt qışdan sonra insanlar təbiətin canlanması, gecə ilə gündüzün bərabərləşməsini qeyd etmək üçün min illər boyu öz mədəniyyətləri kontekstində adət-ənənələr yaradıb yaşatmışlar və buna Novruz mərasimləri deyirlər.
Novruzun adət-ənənə, cəmiyyət və dövlət həyatı ilə həm ad, həm də məzmunca uyğunluğu İran sivilizasiyasına xasdır. Bugünkü İranda Novruz çox unikal, qeyd olunması sənət əsəri olan və bütün İran xalqlarını birləşdirən bayramlardan biridir.