Mart 22, 2022 13:35 Asia/Baku
  • Aliməqamlı rəhbər sabiq nazirin vəfatı münasibətilə başsağlığı verib

Həzrət Ayətullahül-uzma Xamenei bir müraciətdə höccətülislam vəlmüslimin Məhəmmədi-Reyşəhrinin vəfatı münasibətilə başsağlığı veriblər.

 SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri öz müraciətlərində vurğulayıblar: Bu inqilabçı ruhaninin ardıcıl mübarizələri, nəfs sağlamlığı və dini pəhrizindən xəbərdar olan insanlar üçün onun itirilməsi acı və kədərli bir itkidir.

O həzrət öz müraciətlərində əlavə ediblər: Mən on illərlə tanışlıq boyu daima onda səlahiyyət və pəhrizkarlığı müşahidə etdim. Ümid edirəm ki, bu dəyərli ehtiyat onun yüksək dərəcələri, rəhməti və bağışlanmasına səbəb olacaq.

Tehranın Rəhbərlik Xübreqanı Məclsinin beşinci dövrü üzrə nümayəndə və Həzrət Əbdüləzim(ə) ziyarətgahının məsul şəxsi Məhəmməd Məhəmmədi-Reyşəhri dünən, 1401-ci günəş ili fərvərdin ayının birində, gecənin son anlarında 75 yaşında Tehrandakı Xatəmülənbiya(s.ə.s.) xəstəxanasında dünyasını dəyişdi.

Teqlər