Rəsmi Tehran irqçi rejimlə əlaqə qurmağın fəsadlarını açıqladı
İran: Sionist İsrailin nüfuzuna son qoyulmalıdır - TƏHLİL
İran İslam Respublikası sionist İsrail rejiminin İslam dünyasına nüfuzunun qarşısının alınmasını vacib sayır.
SəhərAzəri-nin məlumatına əsasən, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin İslamabadda keçirilən 48-ci iclasının ikinci günündə çıxış edən İran nümayəndəsi Səid Xətibzadə: İslam Əməkdaşlıq Təşkilatı sionist rejimin İslam dünyasında təsirini dayandırmalıdır.
İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə 57 İslam ölkəsinin üzvlüyü ilə yaradılıb. Üzv dövlətlər arasında İslam həmrəyliyini təşviq etmək, üzv dövlətlər arasında iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığı dəstəkləmək, müqəddəs yerləri qorumaq və azad etmək üçün səyləri əlaqələndirmək, Fələstin xalqının mübarizəsini dəstəkləmək və hüquqlarının bərpasına kömək etmək bu təşkilatın məqsədlərindəndir.
Bu kontekstdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşin sionist rejimlə münasibətləri normallaşdırıb inkişaf etdirmələri ziyanlı bir addım olaraq xarakterizə edilir.
2020-ci ilin sentyabr ayında BƏƏ Donald Trampın rəhbərlik etdiyi o vaxtkı ABŞ hökumətinin vasitəçiliyi ilə Qüdsdəki işğalçı rejimlə “İbrahim müqaviləsi” kimi tanınan münasibətlərin normallaşdırılmasına dair saziş imzaladı və bu rejimlə rəsmi diplomatik əlaqələr qurdu; BƏƏ-dən sonra üç ərəb dövləti olan Bəhreyn, Sudan və Mərakeş də İbrahim sazişinə qoşularaq sionist rejimlə münasibətlərini normallaşdırdılar. Səudiyyə rejiminin də siyasəti hazırda aparteid rejimi ilə münasibətləri normallaşdırmağa köklənib.
Narahatedici məqam bundan ibarətdir ki, sionist rejimin ərəb ölkələri ilə əlaqələrinin normallaşması və bu ölkələrlə diplomatik əlaqələrin qurulması İsrailin regional səviyyədə legitimliyini artıracaq, fələstinlilərin isə hüquqları təmin olunmayacaqdır.
Aydındır ki, bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin hər hansı səviyyədə normallaşması təkcə islam ölkələrinin bir-birinə yaxınlaşmasına mane olmayacaq, həm də müsəlman xalqların pöz hökumətlərinə qarşı narazılığını artıracaq və bunun da geniş siyasi və təhlükəsizlik nəticələri ola bilər. Buna uyğun olaraq bəzi ərəb ölkələri ilə sionist rejim arasında münasibətlərin normallaşması regionda sülh və sabitliyi təhdid edən strateji səhvdir.