Rəisi: "İran öz İqtisadiyyatını Vyana danışıqlarının nəticələrinə bağlamır"
-
Seyid İbrahim Rəisi
İran İslam Respublikasının prezidenti deyib: "Biz regionun bütün ölkələri ilə yaxşı əlaqələr axtarırıq, lakin əcnəbilərə göz dikməmişik və İslam Respublikası heç bir vəchlə iqtisadiyyatını və insanların yaşayışını Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların nəticələri ilə əlaqələndirmir".
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində bir qrup alim və ruhani ilə görüşündə əlavə edib: "Təcrübə göstərdi və biz öz sələflərimizdən öyrəndik ki, yadlara heç bir halda etibar etməyək, çünki onlar heç kimə kömək etməyiblər və biz sadəcə olaraq ölkəmizin resurslarına və imkanlarına etibar etməliyik".
Rəisi bildirib ki, yolumuzda düşmənçilik və maneələr var və nüfuz cərəyanı çalışır, lakin bunların heç biri İran millətinin hərəkətini dayandıra bilməz.
İran İslam Respublikası prezidenti, həmçinin ölkənin regiondakı ticarətinin vəziyyətinə toxunaraq, ötən il ölkənin qeyri-neft xarici ticarətinin həcminin 100 milyard dollara çatdığını və bunun bir qisminin qonşularla qarşılıqlı əlaqələrin artırılması və onların imkanlarından istifadə səbəbindən mümkün olduğunu bildirib.
İranın 13-cü hökuməti 2021-ci il avqustun 3-də işə başladıqdan sonra xarici siyasətdə balansa inandığını və qonşularla və İslam ölkələri ilə əməkdaşlığın inkişafının onun xarici siyasətinin prioritet istiqaməti olduğunu göstərib.
Regiona yönəlmiş siyasət, Şərqə baxış, Şanxay Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional və regiondan kənar təşkilat və qurumlarda iştirak İranın 13-cü hökumətinin balanslaşdırılmış xarici siyasətinin nümunələrindəndir.