Apr 01, 2022 12:12 Asia/Baku
  • İran və Çin xarici işlər nazirləri
    İran və Çin xarici işlər nazirləri

İran və Çin xarici işlər nazirləri Əfqanıstanın qonşularının xarici işlər nazirlərinin üçüncü iclasının kənarında keçirdikləri görüşdə ikitərəfli əlaqələr, mühüm regional və beynəlxalq məsələlər barədə danışıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian və «Van İ» iqtisadi həmkarlıqların inkişafı sahəsindəki məşvərətin davam etdirilməsi və təqdim olunmuş layihələrin yekunlaşdırılmasının sürətləndirilməsinə təkid ediblər.

İranın xarici işlər naziri iki ölkənin beynəlxalq təşkilatlardakı həmkarlığı, həmçinin insan hüquqlarının siyasiləşdirilməsi və ölkələrin daxili işlərinə müdaxilə ilə birgə mübarizəni iki ölkə əlaqələrinin mühüm istiqamətlərindən adlandırıb.

Qərb ölkələrinin müstəqil xalqlara qarşı sanksiyadan qanunsuz istifadələrini qeyd edən Əmir-Abdullahian bu məsələ ilə mübarizəni böhranyaratmanın qarşısını almaq və sabitliyə yardım üçün önəmli adlandırıb.

İranlı tərəfin Əfqanıstanın qonşularının xarici işlər nazirlərinin üçüncü iclasındakı iştirakını yüksək dəyərləndirən Çinin xarici işlər naziri də beynəlxalq təşkilatlarda əməkdaşlığa və 25 illik sənədin həyata keçirilməsi üçün tərəflərin yaxın məşvərət və həmkarlığına təkid edib.

İran və Çin xarici işlər nazirləri Vyana müzakirələrilə bağlı son olaylar barədə fikir mübadiləsi aparıb, bəzi Qərb ölkələrinin birtərəfli və qanunsuz sanksiyaları ilə mübarizəni vurğulayıblar.

İranın xarici işlər naziri Əfqanıstanın qonşularının xarici işlər nazirlərinin üçüncü iclasında iştirak və iclasda iştirak edən rəsmilərlə məşvərət məqsədilə Çinə etdiyi səfərdən sonra bu gün səhər saatlarında Tehrana geri dönüb.

 

Teqlər