Apr 01, 2022 12:19 Asia/Baku
  • Rəisi: İranda 4 milyondan çox əfqan qaçqın yaşayır

Prezident Rəisi bildirib ki, Qərb iddiasının əksinə olaraq İrandakı dörd milyondan çox qaçqına yardım etməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi İranın Xorasan Rəzəvi vilayətinin inzibati mərkəzi Məşhəd şəhərində jurnalistlərə verdiyi açıqlamada deyib: “Avropalılar İrandakı əfqan qaçqınlar üçün heç nə etmədilər.”

İran İslam Respublikasının prezidenti qeyd edib ki, “İran hazırda 4 milyondan çox əfqan qaçqını qəbul edir, avropalılar isə bu mövzuda bir çox iddialarının əksinə olaraq heç bir yardım göstərməyiblər.”

O əlavə edib: “İran İslam Respublikası əfqanlıların məsələsini yalnız öz siyasi istəklərinə görə təqib edən avropalılardan fərqli olaraq, əziz əfqanlar qarşısında məsuliyyət hiss edir.”

Rəisi, Xorasan Rəzəvi əyalətində və əfqan qaçqınlarının məskunlaşdığı ölkənin digər əyalətlərində əfqan vətəndaşlarının təhsil və işləmək məsələlərinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Teqlər