Apr 01, 2022 17:28 Asia/Baku

İran İslam Respublikasının iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi Ukrayna müharibəsinin ən azı 10 il davam edəcəyini proqnoz edib.

SəhərAzəri-nin məlumatına görə, İranın dövlət rəsmisi Xürrəmşəhrdə verdiyi açıqlamada qeyd edib: “Beynəlxalq vəziyyət nöqteyi-nəzərdən, mühüm və yeni bir dövrdəyik və özümüzü yeni yaranmış şərtlərə uyğunlaşmalıyıq. Bu, çox həssas beynəlxalq, regional və milli vəziyyətdir. Ukraynada müharibə azı 10 davam edəcək. Bu müharibə mühüm hadisədir və asanlıqla başa çatmayacaq”.

Möhsün Rzayi əlavə edib: "İndiki şəraitdə ölkənin imkanları və təhdidlərin atlası və ümumi coğrafiyası dəyişib. İranın prinsipləri dəyişməyib, eynidir, lakin biz yeni imkanlar və təhlükələri tanımalı və işləri planlaşdırmalıyıq."

Onun sözlərinə görə, region ölkələri ilə ABŞ arasında münasibətlərin zəifləməsi qonşu dövlətlərdə dəyişikliklər yaradacaq və bölgə xalqları hətta özlərində yeni proseslər üçün cəsarət tapa bilər.

Teqlər