Apr 04, 2022 11:54 Asia/Baku
  • Aliməqamlı Rəhbər
    Aliməqamlı Rəhbər

İslam İnqilabının Aliməqamlı Rəhbəri ramazan ayını ilahi ziyafət və Allahın sonsuz rəhmət ayı adlandırıb və qəlbi təmizləməyi və Qurani-Kərimi təfəkkürlə oxuyub dərk etməyi bu ilahi ziyafətdən bəhrələnmək üçün mühüm amillər kimi dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei Ramazan ayının ilk günündə Qurani-Kərimlə üns məclisində etdiyi çıxışında bildiriblər ki, Allahın ziyafətində iştirak etmək ilahi dəvəti qəbul etmək üçün səy və qətiyyət tələb edir. O, həzrət bu mübarək ayda görülən dini əməllər sayəsində verilən bərəkət və imkanlara toxunaraq buyurublar: "Bu nemətlər əslində Allaha yaxınlaşmaq üçün unikal fürsətdir. Odur ki, Allahdan təvazökarlıqla və yalvararaq bu fürsəti dərk etmək və günahlardan çəkinmək üçün bizə kömək etməsini istəməliyik".

İslam İnqilabının Aliməqamlı Rəhbəri Quran ayələrinə istinad edərək, "zikr"in  Səmavi Kitabın xeyirli adlarından biri və böyük bir faciə olan "qəflət"in əksi olduğunu bildiriblər və əlavə ediblər: "Müqəddəs Qurani-Kərimin davamlı oxunması və onunla ünsiyyət bizə Allahla daha yaxın münasibət qurmağa kömək edir".

Həzrət Ayətullahül-üzma Xamenei Qurani-Kərimi sonuncu Peyğəmbərin əbədi möcüzəsi kimi səciyyələndirərək buyurublar: "Quran bəşər tarixinin bütün dövrlərində fərdi, ailəvi, sosial və mənəvi həyatın və hakimiyyətin bütün aspektləri üçün lazımi təlimləri bəşəriyyətə vermişdir". 

O həzrət, öyrənməyi, düşünüb, dərk etməyi Quranın dərin, batini və uca təlimlərindən bəhrələnməyin sirrlərindən adlandırıblar və əlavə ediblər: "Bu təlimlərdən bəhrələnməyin ilkin şərti insanın qəlbini və nəfsini təmizləməsidir və bu, gənclik dövründə çox asandır".

İslam İnqilabının Rəhbəri ölkədə görkəmli və mükəmməl Quran qarilərinin çoxluğundan məmnunluğunu ifadə edərək, bu neməti İslam İnqilabı ilə əlaqələndiriblər. 

O Həzrət , Quran tilavətinin ilahi bir sənət olduğunu bildirərək, bu sənətin Allahı zikr etmək və insanları Allaha dəvət etmək üçün xidmət etməli olduğunu vurğulayaraq, buyurublar: "Quran tilavəti elə olmalıdır ki, dinləyicilərin imanı artsın. Ona görə də Quran tilavətinə sırf bir sənət kimi baxılmamalı, xırda təfərrüatların və ya bəzi özünü göstərmələrin zikr və Allaha dəvət etmək halını üstələməsinə imkan verməməliyik". 

Teqlər