Əmir Abdullahian: "İran həmişə Xəzər dənizi hövzəsində regional əməkdaşlığı alqışlayır"
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə axşamı türkmənistanlı həmkarı Rəşid Meredovla telefon danışığında iki ölkə arasında dostluq əlaqələrinin davamlı inkişafına işarə edərək, İran İslam Respublikasının bu əlaqələrin bütün sahələrdə, xüsusilə də Xəzəryanı ölkələr arasında əməkdaşlığın artırılmasında inkişafına müsbət baxışını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, "İran Press"in məlumatına görə, Əmir Abdullahian qeyd edib ki, İran İslam Respublikası xüsusilə Xəzər dənizi hövzəsində əlaqələrin daha da genişləndirilməsi üçün regional əməkdaşlığı həmişə alqışlayır.
Türkmənistanın xarici işlər naziri də öz növbəsində Xəzər dənizi hövzəsində, elmi sahələrdə, axtarış-xilasetmə əməliyyatlarında və Xəzər dənizi regionunda narkotiklərin yayılmasına qarşı mübarizədə əməkdaşlıq layihələrinin hazırlanması, habelə sahilyanı ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində ekspertlər səviyyəsində əldə edilən irəliləyişlərə toxunub.
Meredov çoxtərəfli əməkdaşlığı genişləndirmək və dövlət başçılarının zirvə görüşünə zəmin yaratmaq məqsədi ilə beş Xəzəryanı ölkənin xarici işlər nazirləri arasında birgə görüşün keçirilməsini təklif edib.