Rəisi: "Məşhəd cinayəti amerikan-təkfirçi bir ünsür tərəfindən törədilib"
İran İslam Respublikası prezidenti İmam Rzanın (ə) hərəmində törədilən cinayəti pisləyərək bildirib ki, bu xoşagəlməz hadisə mütləq azğın ünsürlərdən biri tərəfindən və Amerika təkfirçi qruplarının təsiri altında həyata keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bir müraciətdə bildirib: "Dünən dini mənsubiyyətindən asılı olmayaraq, dünyanın bütün azadlıqsevərlərinin sığınacağı olan Həzrət Əli ibn Musa Ər-Rzanın (ə) müqəddəs hərəmində baş verən hadisə, mənim və bu mehriban İmamın bütün aşiqlərinin ürək ağrısı və dərin kədərinə səbəb oldu.
Rəisi əlavə edib: "Şübhəsiz ki, azğın ünsürlərdən biri tərəfindən və Amerika təkfirçi qruplarının təsiri ilə həyata keçirilən bu xoşagəlməz hadisə İslam və İslami İranla maraqlananlar arasında daha çox birlik və həmrəyliyə səbəb olub, azğın cərəyanların rüsvayçılığına səbəb olacaq".
İran İslam Respublikası prezidenti Kəşfiyyat Nazirliyinə bütün səlahiyyətli qurumların əməkdaşlığı ilə Məşhəddə dünənki hadisənin bütün səbəbkarlarını tez bir zamanda müəyyən edib mühakimə etməyi və nəticə barədə ictimaiyyəti məlumatlandırmağı tapşırıb.