Apr 09, 2022 10:29 Asia/Baku
  • Xətibzadə:

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü işğal olunmuş ərazilərdə baş verən son hadisələrə toxunaraq, aparteid İsrail rejimini işğal olunmuş ərazilərdəki bütün iğtişaşların əsas səbəbi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə cümə günü gecə işğal olunmuş Fələstində baş verən son hadisələrə toxunaraq, deyib: "Fələstin xalqına qarşı irqçilik, təzyiqlər, qan tökülmələri, həbslər, geniş məhrumiyyətlər, gündəlik təhqir, eləcə də aparteid sionist rejimi tərəfindən həyata keçirilən çılpaq terror işğal olunmuş ərazilərdə iğtişaşların əsas səbəbidir".

Xarici İşlər Nazirliyinin sözçüsü işğalçı İsrail rejimi ilə mübarizənin müdafiəsiz Fələstin xalqının qanuni, aşkar və təbii haqqı olduğunu bildirib və belə bir mübarizəni sionistlərin Qüdsdəki müqəddəs məkanlara qarşı təkrar hücumları və Qüdsdə və digər ərazilərdə şiddətli təzyiq və məhrumiyyətlərə məruz qalan Fələstin xalqına qarşı davamlı cinayətlərinə cavab adlandırıb. Diplomat İran İslam Respublikasının Fələstinin amallarına və xalqının azadlıq mübarizəsinə dəstəyini vurğulayıb.  

Xətibzadə bütün xalqları, hökumətləri və beynəlxalq ictimaiyyəti sionist aparteid rejiminin işğalı və terroruna qarşı özünümüdafiə prinsipi əsasında Fələstin xalqının təhlükəsizliyini təmin etmək və işğalçı rejimin Fələstindəki təcavüzü və vəhşi cinayətlərini dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda Fələstin böhranının yeganə həll yolunun Fələstinin bütün əsas sakinlərinin iştirakı etdiyi referendum olduğunu bildirib və əlavə edib: "Vədlərinə əməl etməyən yalançı rejimin qəddar davranışlarını nəzərə alsaq, Qüdsün azad edilməsi və fələstinlilərin öz müqəddəratını təyin etmək hüququnu əldə etməsi üçün yeganə variant işğalçı rejimi demokratik həll yolunu qəbul etməyə vadar etməkdir". 

Teqlər