Apr 10, 2022 19:18 Asia/Baku
  • İİR İŞM üzvlərindən prezidentə məktub

İran İslam Şurası Məclisinin rəyasət heyəti 250 nəfərdən çox məclis üzvünün imzası ilə nüvə müzakirələri haqda ölkə prezidentinə ünvanlanmış məktubu qiraət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Məktubda vurğulanır: Təcrübələr göstərir ki, Amerikanın iranlı tərəfə yetərincə zəmanətlər verməyə meylsiz olması İran xalqının hüquqlarını təmin edə bilməz. Məktubda həmçinin tətbiq edilmiş yeni sanksiyalar xatırladılmaqla qeyd olunubdur ki, bu sanksiyalar Amerikanın təxribatçı niyyətini göstərir.

Məktubda sonra deyilir: Yeni müzakirələrdə Amerika qanuni zəmanət verməlidir ki, nüvə anlaşmasından çıxmayacaq. Həmçinin tam qanuni formada məsələ, həmin ölkənin konqres kimi qərar yaradan və qərar çıxaran orqanlarında qəbul edilməlidir ki, gələcəkdə onun icrası üçün bir əngəl yaranmasın.

Həmçinin İran İslam Respublikasının, OPEK-in, sanksiyalardan öncə təyin edilmiş payı çərçivəsində, hər hansı ölkəyə və tərəflərin razılaşdıqları hər bir miqdarda neft ixrac etməyə və bank sistemi yolu ilə əlaqədar məbləğləri almağa haqqı var.

 

Teqlər