Apr 11, 2022 11:04 Asia/Baku
  • Prezident İbrahim Rəisi
    Prezident İbrahim Rəisi

İran İslam Respublikası prezidenti media rəhbərləri və nümayəndələri ilə görüşdə deyib: "Nüvə danışıqları məsələsi ölkənin xarici siyasətində yeganə məsələ deyil".

SəhərAzəri-nin məlumatına əsasən, İbrahim Rəisi ümumi etimadın artırılmasında və sosial kapitalın təşviqində medianın rolunu əhəmiyyətli dəyərləndirib.

Prezident İbrahim Rəisi, nüvə danışıqları ilə bağlı, deyib: "Dəfələrlə vurğuladığımız kimi, nüvə müzakirələrindəki strategiyamız İnqilab Rəhbərinin elan etdiyi strategiyadır. Hökumətin nöqteyi-nəzərindən nüvə danışıqları ölkənin xarici siyasətinin bütün məsələlərindən yalnız biridir".

Rəisi xarici sərmayələri cəlb etmək üçün fəaliyyətə başladıqlarını bildirib və deyib: "Bu sektorda fəaliyyətlərimiz başlayıb, lakin əhəmiyyətli bir mərhələyə çatarsa, detallar açıqlanacaq".

O, daha sonra bildirib ki, düşmən İran xalqını məyus və ümidsiz etməyə çalışır, lakin siz media əhli dürüst və ədalətli məlumat yaymaqla düşmənin hiylələrinin qarşısını almaq üçün təsirli rol oynaya bilərsiniz. 

  

Teqlər