Apr 13, 2022 15:36 Asia/Baku
  •  Səccad Purhüseyni
    Səccad Purhüseyni

İranın atıcılıq üzrə milli komandasının üzvü Səccad Purhüseyni Braziliyada keçirilən dünya çempionatının pnevmatik tapança yarışlarının ilkin mərhələsində finala vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Belə bir halda, onun komanda yoldaşları- Cavad Füruği və Vəhid Gülxəndan finala çıxa bilməyiblər.

Braziliyada keçirilən atıcılıq üzrə dünya çempionatının ikinci günündə iranlı atıcılar pnevmatik tapança ilə on metr məsafəyə yarışlarda müxtəlif ölkələrdən olan otuz yeddi idmançı ilə mübarizə aparıblar.

2022-ci ildə keçirilən dünya çempionatlarından ikincisi olan atıcılıq üzrə Braziliya dünya çempionatı aprelin on birindən on qoqquzunadək cərəyan edir.

Yarışlarda iyirmi səkkiz ölkədən yüz səksəndən çox idmançı iştirak edir.

 

Teqlər