Xətibzadə:
Sionistlərin Məscidül-Əqsadakı cinayətləri insan haqlarının açıq şəkildə pozulmasıdır
İranın Xarici İşlər Nazirliyinin sözçüsü sionistlərin mübarək Ramazan ayında fələstinlilərin müqəddəs məlanlarına və Məscidül-Əqsada namaz qılan və oruc tutanlara qarşı rüsvayçı təcavüzünü şiddətlə pisləyib və işğalçıların işğal olunmuş Qüds və Fələstindəki vəhşiliyi və terror aktlarının davam etməsi ilə bağlı xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə deyib: "Sionistlərin məzlum Fələstin xalqına qarşı törətdikləri cinayətlər bu rejimin günü-gündən artan zəifliyininin sübutudur və rejim zəifliyini ört-basdır etmək üçün bir sıra müdafiəsiz namazqılana qarşı boş gücünü nümayiş etdirir".
Xətibzadə əlavə edib: "Beynəlxalq hüquq və insan haqlarının açıq-aşkar pozulması olan bu cinayətlər göstərir ki, bəzi İslam dövlətlərinin rəhbərlərinin saxta sionist rejimlə münasibətləri normallaşdırmaqda etdiyi xəyanət bu qaniçən və böhran yaradan rejimin davranışını dəyişməyəcək; əksinə, İslam və ərəb ölkələrinin bəzi liderləri Fələstin amallarına arxa çevirdikdən sonra rejimin fələstinlilərə qarşı qəddar hərəkətləri artıb. Belə ki, bu aparteid və irqçi rejimin cilovsuz zorakılığının şahidi oluruq".
O, hökumətləri və beynəlxalq təşkilatları Fələstin xalqını dəstəkləməyə və sionistlərin Fələstində cinayətlərinin davam etməsinə mane olmağa dəvət edib və müsəlman xalqları Məscidül-Əqsanı dəstəkləməyə çağırıb.
Sonda Xətibzadə sionistlərin və onun regional və beynəlxalq müttəfiqlərinin müqəddəs Qüds və Fələstindəki tədbirlərin nəticələrinə görə məsuliyyət daşıdığını bildirib və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və müsəlman ölkələrini Məscidül-Əqsaya dəstək olmaq üçün dərhal konkret reaksiya göstərməyə çağırıb.