Apr 17, 2022 14:16 Asia/Baku
  • İran İsveçdə Qurani-Kərimə qarşı hörmətsizliyi pisləyib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsveç şəhərlərindən birində Qurani-Kərimə qarşı hörmətsizliyi pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə deyib: İran İslam Respublikası İsveçin Linköpinq şəhərində danimarkalı ekstremist və rasist bir ünsür tərəfindən söz azadlığı bəhanəsi və bu ölkə polisinin himayəsi ilə Qurani-Məcidin yandırılmasını kəskin tərzdə pisləyir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi mübarək ramazan ayında bu hörmətsiz hərəkətin qəsdən təkrarlanmasını İsveçdə və bütün dünyada müsəlmanların emosiyalarını pozan amil adlandırıb və vurğulayıb: Söz azadlığı ilə təzad təşkil edən bu hörmətsiz hərəkət, nifrətyaymanın bariz nümunəsi kimi, dinlərarası dialoqa və dinc yanaşı yaşama prinsipinə inanan bütün insanlar tərəfindən pislənilməlidir.

Xətibzadə vurğulayıb: İran İslam Respublikası və digər islami ölkələr, İsveçin, hörmətsiz hərəkətlərin amillərilə rəftarda təcili, kəskin və açıq reaksiya göstərməsi və bu kimi hərəkətlərin təkrarlanmasının qarşısının alınması istiqamətində aydın və real addımlar atmasını gözləyirlər.

 

Teqlər