Apr 21, 2022 11:33 Asia/Baku
  • İslami İranda ilk qədr gecəsi mərasimləri keçirilib

Fəzilətlə dolu qədr gecələrindən ilk gecənin əhya mərasimi, koronavirusun yayılmasının qarşısını almaq istiqamətində səhiyyə protokollarının nəzərə alınması ilə, bütün İslami İranda keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İmamət və vilayət aşiqləri dünən gecə, mübarək Ramazan ayının 19-cu gününün gecəsində İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gəliblər. Onlar obaşdan çağınadək Quran qiraət edib, «Cuşən Kəbir» duası oxuyub, böyük ilahi adları zümzümə ediblər.

Qədr gecəsi elə bir gecədir ki, il boyu heç bir gecə onun fəzilətinə çatmır və ondakı əməl, min aydakı əməldən yaxşıdır və onda insanın ilinin müqəddəratı təyin olunur.

Hicrətin qırxıncı ili, mübarək Ramazan ayının 19-u səhərçağı Xəvaric qrupundan olan İbn Mulcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət Əli(ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına vurdu.

Həzrət Əli(ə) başından zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək Ramazan ayının 21-də şəhid oldu.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı Allah-Taaladan mübarək Ramazan ayında, xüsusilə də Qədr gecələrində bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını diləyir.

 

Teqlər