General Baqiri Çinin müdafiə nazirilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i388510-general_baqiri_Çinin_müdafiə_nazirilə_görüşüb
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çinin müdafiə nazirilə görüşüb və məşvərət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2022 15:45 Asia/Baku
  • General Baqiri Çinin müdafiə nazirilə görüşüb

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çinin müdafiə nazirilə görüşüb və məşvərət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Çinin müdafiə naziri general-polkovnik Vey Fen Xe bu gün İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məkanında qərargahın rəisi general-mayor pasdar Məhəmməd Baqiri ilə görüşüb.

Görüşdə son beynəlxalq və regional olaylar, strateji, müdafiə və təhlükəsizlik münasibətlərinin genişləndirilməsi, iki ölkənin silahlı qüvvələrinin anlaşma səviyyəsinin yüksəldilməsi yolları barədə söhbət edilib.