Apr 28, 2022 10:22 Asia/Baku
  • Azərbaycan səfiri Gilanda səfərdə olub

Azərbaycan Respublikasının Tehrandakı səfiri Gilan Vilayətinin rəsmiləri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, səfir Əli Əlizadə Gilana səfəri çərçivəsində İran İslam İnqilabı Rəhbərinin bu vilayət üzrə nümayəndəsi Ayətullah Rəsul Fəlahəti ilə görüşüb.

Bu barədə Əli Əlizadə rəsmi tvitter səhifəsində yazıb.

Həmçinin Azərbaycanın İrandakı Səfirliyinin tvitter səhifəsi məlumat yayaraq bildirib ki, Əlizadə bu səfər çərçivəsində Gilanın valisi Əsədulla Abbasi ilə görüşərək qarşılıqlı əlaqələri müzakirə edib.

Əlavə edilib ki, Azərbaycan Respublikasının İrandakı səfiri Gilan Vilayətinə səfəri çərçivəsində Gilan ticarət, sənaye, mədən və kənd təsərrüfatı Palatasının prezidenti və palatanın digər üzvləri ilə də görüşüb.

Qeyd edək ki, səfir bundan öncə Ərdəbildə səfərdə olub.

Teqlər