İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək
https://azeri.sahartv.ir/news/İran-i388538-İran_parlamentinin_üzvləri_azərbaycana_səfər_edəcək
İran parlamenti - İslam Şurası Məclisinin üzvləri Azərbaycana səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2022 07:54 Asia/Baku
  • İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək

İran parlamenti - İslam Şurası Məclisinin üzvləri Azərbaycana səfər edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, bunu İran parlamentinin deputatı Qulamrza Mərhəba bu gün İranın Gilan vilayətində jurnalistlərə açıqlamasında deyib.

Q.Mərhəbanın sözlərinə görə, Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin gücləndirilməsi İran Xarici İşlər Nazirliyinin əsas prioritetlərindən olmalıdır.

O bildirib ki, İran və Azərbaycan çox uzun birgə su və quru sərhədə malikdir. Bu sərhədlər iqtisadi inkişafa kömək edə bilər.

"İki ölkənin parlament əlaqələrinin möhkəmləndirilməsi əhəmiyyət daşıyır. Bu məqsədlə gələn həftələdə İranın yüksək səviyyəli parlament heyəti Bakıya səfər edəcək", - deyə Q.Mərhəba deyib