Apr 28, 2022 17:01 Asia/Baku
  • İran XİN Qüds Günü münasibətilə bəyanat yayıb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qüds günü münasibətilə yaydığı bəyanatda bildirib ki, Fələstinin bütün əsas sakinlərinin iştirakı ilə referendumun keçirilməsi, Fələstinin gələcəyi və müqəddəratının təyini üçün real və demokratik təklif olmaqda davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: Ümumdünya Qüds Günü, İslam İnqilabının Dahi Banisinin yadigarı, İslam Dünyasının birliyi simvolu, yüksək Fələstin amalının qorunması, həmçinin məzlum və zülm çəkmiş Fələstin xalqının sionist qəsbkarlar qarşısındakı mübarizəsinə dəstək simvolu olub,/ dünya azadlıqsevərlərinin ciddi-cəhdi ilə, sionist aparteid rejiminə və onun himayədarlarına qarşı azadlıq və ədalətsevər mübarizələr yolunda tarixyazan bir hadisəyə çevrilibdir.

Bəyanatda sonra deyilir: Bu gün bütün dünyada diqqət mərkəzinə alınan İslam Dünyası təqvimindəki bu böyük münasibət,/ hər il işğalçı və aparteid sionist rejimin rədd edilməsi/ və bu rejimlə mübarizədə haqq axtaranların vədə yeri olubdur.

Bu gün Qüds məsələsi təkcə islami məsələ deyil, həm də azadlıqsevərliyin meyarı və ölçüsü olan beynəlxalq və humanist bir fenomendir. Belə ki, İslam İnqilabının Müdrik Rəhbərinin bəyan etdikləri kimi: Bu gün Fələstini müdafiə,/ Fələstin məsələsindən daha geniş olan bir həqiqəti, müdafiə etmək deməkdir. Bu gün sionist rejimlə mübarizə,/ imperializm və hegemonçuluq sistemi ilə mübarizə deməkdir.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanatda sonra belə qeyd edib: Sionist rejimin nəhs varlığı,/ meydana çıxdığı gündən bəri, müxtəlif metodlarla Fələstin xalqını repressiya və qarət etməyə əl atıb və bu yolda heç bir cinayətdən çəkinməyibdir. Milyonlarla fələstinlini didərgin salıb, onların yerinə, sionist qəsəbə sakinlərini məskunlaşdıran bu terrorçu rejim həmin didərginlərə hətta öz vətənlərinə geri dönmək icazəsi belə, vermir. Fələstinlilərə qarşı qətl, dəlilsiz həbs, işgəncə və heysiyyətin pozulması,/ sionist rejim ünsürlərinin gündəlik işinə çevrilib. Bütün bu cinayətlər insan hüquqları iddiasında olan beynəlxalq orqanlar və Qərb hökumətləri tərəfindən ciddi tədbirlərin görülməməsi sayəsində törədilir.

Fələstin xalqının qanuni müqavimət kimi legitim haqqına təkidlə, nəzərdə tutmaq lazımdır ki, bütün bu cinayətlər, dünya müsəlmanları və azadlıqsevərlərinin hər birinin ciyninə ikiqat məsuliyyət qoyur ki, öz fəryad səsi ilə məzlum Fələstin xalqının köməyinə tələssin.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu bəyanatda, İranın və İslamın başıuca sərkərdəsi, general-leytenant Şəhid Qasım Süleymani xüsusiyyət təşkil etməklə Fələstin və müqavimət yolu şəhidlərinin xatirələrini əziz tutmaqla bildiribdir ki, Fələstinin bütün əsas sakinlərinin iştirakı ilə referendumun keçirilməsi, Fələstinin gələcəyi və müqəddəratının təyini üçün real və demokratik təklif olmaqda davam edir.

Teqlər