Apr 29, 2022 11:20 Asia/Baku
  •  Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

Dünən sionist rejimin xar olmuş qeyri-sabit bir rejim olduğunu bildirən İran prezidenti qeyd edib ki, dövlət terrorizmi, insan hüquqlarının sistematik şəkildə pozulması, Fələstin xalqına qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi və Məscidüləqsaya qarşı hörmətsizlik, sionist rejimin sabitliyi və təhlükəsizliyinə heç bir kömək etməyibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi islami ölkələrin səfirləri və nümayəndə heyətlərinin başçıları ilə görüşündə bəzi region ölkələrinin qəsbkar sionist rejimlə münasibətlərini adiləşdirilmələrinə işarə ilə əlavə edib ki, qaniçən sionist rejimlə münasibətlərini üzdəniraq adiləşdirən ölkələr öz kənarında düşmən bəsləyən kəsə bənzəyirlər. Bu hərəkat, şübhəsiz, iki milyarda yaxın dünya müsəlmanının qəzəb və hiddətinə səbəb olacaq və dünyadakı azadlıqsevər insanların nifrətini oyadacaq.

İran İslam Respublikasının prezidenti sonra Ümumdünya Qüds Gününün Fələstin məsələsi və regionda müqavimətin yaşadılmasında tutduğu mövqeyə işarə ilə vurğulayıb ki, Qüds Günü İran İslam Respublikasının dahi banisi Həzrət İmam Xomeyni(r.ə)-in irsi və aqilanə təşəbbüsü kimi, Fələstin və müqavimət məsələsini İslam dünyasının döyünən ürəyi kimi yaşadıbdır.

 

Teqlər