Bu gün müqavimət diskursu üçün yekdil fikir mövcuddur
Tehranın cümə namazı xitabətçisi bildirib ki, Fələstin xalqı qüdrətlə dayanıb və öz əzmkarlığını bütün Fələstinin azadlığı üçün durmadan möhkəmlədibdir.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün Fələstində müqavimət diskursu üçün yekdil fikrin mövcud olduğunu bildirən höccətülislam vəlmüslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri əlavə edib: Fələstin məzlumdur və onun yetmiş ildir, bir tərəfdən, əzab-əziyyət çəkən və işğal altında olan, digər tərəfdən isə qırğın, işgəncə, didərginlik, düşərgədə yaşama və ev-eşiyinin dağıdılması ilə üzləşən əziz xalqı dünya xalqlarının və sözdə, insan hüquqları üzrə beynəlxalq orqanların gözləri önündə bu dərdlərə dözür və Qəzzə zolağının məzlum əhalisi dünyada böyük bir məhbəsə çevrilibdir.
Tehranın cümə namazı xitabətçisi sonra belə deyib: Fələstin 74 ildən sonra yaşamaqda davam edir, başıucadır, alçaq rejim qarşısında öz mahiyyəti və əslliyini qoruyub saxlayıbdır.