Apr 30, 2022 17:22 Asia/Baku
  • İran tezliklə yerli Zaqros və Dəmavənd-2 esmineslərini işə salacaq

İranın Hərbi Dəniz Qüvvələrinin komandanı yerli Zaqros və Dəmavənd-2 esmineslərinin tezliklə işə salınacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, kontr-admiral Şəhram İrani cümə günü axşam televiziyaya verdiyi müsahibədə iki qabaqcıl esminesin yaxın vaxtlarda suya salınacağını bildirib və deyib: "Yeni esmineslərin Hərbi Dəniz Qüvvələrinin cənub və şimal donanmalarına qoşulmasından əlavə müxtəlif növ su gəmilərinin istehsalı da gündəmdədir".

İranın Hərbi Dəniz Qüvvələrinin komandanı əlavə edib: "Ağır esmineslərin istehsalı ilə bağlı araşdırmalar tamamlanıb və tezliklə sənaye istehsalı mərhələsinə keçəcəyik əlavə edib: proses ölkənin suüstü və sualtı gəmilərinin hamısının istehsalında davam edir".  

Kontr-admiral İrani sualtı qayıqların və çoxməqsədli esmineslərin istehsalının ölkənin sənaye imkanlarının göstəricisi olduğunu bildirib və deyib: "Amerikalıları qıcıqlandıran və onların İranda istehsalına reaksiya göstərməyə vadar edən məsələ ondan ibarətdir ki, İran İslam Respublikası esmines və sualtı qayıqların dizaynı və istehsalı üçün lazımi texnologiyaya sahibdir və onları açıq dənizlərdə də idarə edə bilir".

Teqlər