May 02, 2022 12:51 Asia/Baku
  • İran sərhədlərində böyük narkotik partiyası aşkar və silah alverçiləri məhv edilib

İran İslam Respublikası Nizam-İntizam qüvvələrinin sərhəd qoşunlarının komandanı ölkənin cənub-şərq sərhədlərində ağır narkotik yükünün aşkar edildiyini və qanunsuz silah-sursat alveri ilə məşğul olan dəstənin məhv edildiyini bildirib.

İRİB-nin məlumatına görə, İranın Nizam-İntizam qüvvələrinin sərhəd qoşunlarının komandanı general-mayor Əhməd Əli Qudərzi deyib: "Son 24 saat ərzində İranın Sistan və Bəlucistan vilayətinin güclü sərhədçiləri həm dənizdə, həm də quruda sərhəd nəzarəti həyata keçirərkən, üç ayrı əməliyyatda ölkənin cənub-şərq sərhədlərində külli miqdarda narkotik maddə aşkar ediblər". 

General-mayor Qudərzi Səravan, Mircavə və Çabahar şəhərlərində həyata keçirilən üç sərhəd əməliyyatı zamanı sərhədçilərin narkotik vasitələrin aşkar edilməsində uğurlarına toxunaraq, əlavə edib: "Bu üç əməliyyatda sərhədçilər 3,5 tona yaxın həm kustar, həm də sənaye üsulu ilə hazırlanmış müxtəlif növ narkotik vasitələr aşkar edib, bununla bağlı bir neçə avtomobili müsadirə edib və narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir neçə nəfəri saxlayıblar.

İranın Nizam-İntizam qüvvələrinin sərhəd qoşunlarının komandanı daha sonra Xuzistan və Kirmanşah vilayətlərinin sərhədlərində xeyli miqdarda silah və sursat aşkarlandığını bildirib və deyib: Xuzistanın "Hurul-Əzim" və Kirmanşah vilayətinin "Səlas Babacani" sərhəd bölgələrindəki sərhədçilər qanunsuz silah-sursat alveri ilə məşğul olan dəstələrin məv edilməsi ilə yanaşı 92 avtomat və əlaqədar sursat aşkar ediblər. 

Teqlər