May 02, 2022 19:26 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan və Seyid İbrahim Rəisi
    Rəcəb Tayyib Ərdoğan və Seyid İbrahim Rəisi

İran İslam Respublikası prezidenti Fələstində baş verən son hadisələri qəbuledilməz adlandırıb və deyib: "İslam ölkələrinin səyləri ilə və müxtəlif beynəlxalq imkanlardan istifadə edərək, İsrail rejiminin Fələstin xalqına qarşı qeyri-insani hücumlarını dayandırmaq üçün əlimizdən gələni etməliyik".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında qonşu və dost Türkiyə xalqını səadətli Fitr bayramı münasibətilə təbrik edərək, deyib: "Uca Allahdan bu böyük bayram münasibəti ilə bütün müsəlman ümmətinə bərəkət diləyirəm".

Rəisi vurğulayıb ki, İran İslam Respublikasının siyasəti region ölkələri, xüsusilə Türkiyə ilə bütün sahələrdə əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Fitr bayramı münasibəti ilə İran xalqını təbrik edərək, ümidvarlıq edib ki, bu bayram bütün İslam dünyası üçün sağlamlıq, firavanlıq və xoşbəxtlik mənbəyi olacaq. 

Türkiyə prezidenti Tehrana səfər etmək istəyini ifadə edərək, əlavə edib: "Türkiyə regional və beynəlxalq hadisələri müzakirə etməkdə, həmçinin ikitərəfli və beynəlxalq münasibətləri, xüsusilə də İran İslam Respublikası ilə ticarət əlaqələrini inkişaf etdirmək üçün koordinasiya etməkdə maraqlıdır".

Teqlər