Heç bir xarici amil İran və AR xalqlarını bir-birindən ayıra bilməz
İran-Azərbaycan Respublikası parlament dostluğu qrupunun üzvü deyib: İki ölkənin əlaqə və əməkdaşlıqları o qədər köklü və möhkəmdir ki, heç bir xarici amil iki xalqı ayıra bilməz.
SəhərAzəri-nin məlumatına əsasən, Mahmud Abbaszadə-Meşkini “Xalqın evi” informasiya agentliyilə müsahibəsində əlavə edib: Ötən bir neçə ayda iki ölkənin iqtisadi mübadilələr həcmi bir neçə dəfə artıb. Eyni zamanda, Qarabağın bərpası sahəsində İran tərəfindən Azərbaycan Respublikasının ehtiyaclarının təmin edilməsi olduqca sərfəlidir.
Abbaszadə-Meşkini bildirib ki, Azərbaycan Respublikasının xalqı İranı öz evi hesab edir. O, sonra söyləyib: Azərbaycan Respublikasının prezidenti Qarabağ münaqişəsi bitdikdən sonra İranla müştərək sərhədlərdə olarkən iki ölkə arasındakı sərhədi dostluq sərhədi adlandırdı və açıq şəkildə bildirdi ki, bu ölkə ərazisindən İrana qarşı heç bir təhdidə icazə verməyəcək.