May 06, 2022 18:06 Asia/Baku
  • Seyid Məhəmməd Həsən Əbu-Turabifərd
    Seyid Məhəmməd Həsən Əbu-Turabifərd

Tehranın cümə namazı xitabətçisi deyib ki, sionist düşmən islami müqavimət cəbhəsinin mühasirəsindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin bu gün İslam dünyasının birinci məsələsi olduğunu bildirən höccətülislam vəlmüslimin Seyid Məhəmməd Həsən Əbu-Turabifərd əlavə edib: İşğal olunmuş ərazilərdəki qeyri-insani sərt tədbirlərə və yoxlama-buraxılış məntəqələrinə rəğmən, iki yüz mindən çox insan Beytülmüqəddəsdə keçirilən əzəmətli cümə namazı mərasimində iştirak etdi. Çox ümidverici olan bu məsələ İslamın düşmənləri üçün məyusluq və ümidsizlik mesajına malikdir.

«Sionist rejim bundan öncəyədək hücum mövqeyində dururdu və altıgünlük savaş bu hücumun təzahürü idi»-deyən Tehranın müvəqqəti imamcüməsi bildirib: Altı gün ərzində üç islami ölkə, o sıradan Misir, Suriya və İordaniya sionistlərin təcavüzünə məruz qaldı, amma bu gün bu hücum mövqeyi açıq-aşkar müdafiə vəziyyətinə çevrilibdir.

Höccətülislam vəlmüslimin Əbu-Turabifərd əlavə edib: Bu gün sionistlər Qəzzənin, qərb sahilnin, Livanın islami müqavimətinin, İraqın Həşdüşşəbi hərəkatının, Yəmənin şücaətli döyüşçülərinin və islami müqavimətin mühasirəsindədirlər və şərait tamamilə dəyişibdir. Bu yol sionist rejimin tez bir zamanda devrilməsinədək davam edəcək və xalqın Qüds günü yürüşündəki iştirakı bu amal üçün yol açıb.

 

Teqlər