Əmir Abdullahian: İran və Suriya liderləri əlaqələri gücləndirməkdə qərarlıdırlar
-
Əmir Abdullahian
İranın xarici işlər naziri İran və Suriya liderlərinin iradəsinin əlaqələri gücləndirmək və dərinləşdirmək olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Həzrət Ayətullaül-üzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Dəftərxanasının informasiya portalına verdiyi müsahibədə Suriya prezidenti Bəşşar Əsədin İrana səfəri və İslam İnqilabının Aliməqam Rəhbəri ilə görüşünün məqsədləri ilə bağlı deyib: Suriya prezidentinin səfərinin mesajı bu idi ki, Tehran-Dəməşq münasibətləri əla və ayrılmaz bir əlaqədir və iki ölkə liderlərinin iradəsində müşahidə edilən əlaqələrin inkişafı və dərinləşdirilməsidir.
Əmir Abdullahian bu gün müqavimətin özünün ən güclü və ən yaxşı vəziyyətində olduğunu bildirərək, deyib: "Sionistlər bir neçə ölkə ilə münasibətləri normallaşdırmağa çalışsalar da, gələcəkdə görəcəklər ki, İslam dünyası və region ölkələri işğalçı sionistlərin bölgədə rol oynamasına imkan verməyəcəklər".
İranın Xarici İşlər Naziri daha sonra deyib: "İslam İnqilabın Aliməqam Rəhbəri Suriya üçün necə bir planın hazırlandığını dərindən dərk edərək və regionun təhlükəsizliyi, Suriyanın bölgədəki rolunu və ölkənin milli təhlükəsizliyini nəzərə alaraq, bölgəni və İslam dünyasını əhatə edən planın məğlubiyyətə uğraması üçün lazım olan bütün addımların atılmasını əmr etdilər.
O, əlavə edib: "Bu istiqamətdə general Qasim Süleymani məsuliyyət hissi və sədaqətlə cəsur bir komandir kimi Suriya xalqının yanında dayandı və Suriyanın hərbi dairələrində hərbi məsləhətçi vəzifəsindən tutmuş bu ölkənin hərbi və mülki qüvvələri və Hərəm Müdafiəçilərinə komandanlıq etməyə qədər ön cəbhədə müxtəlif sahələrdə rol ifa etdi".
"Bəşşar Əsəd Suriya cəmiyyətində öz məsuliyyətini və rəhbərlik vəzifəsini və Suriya xalqının baxışını əsas tutaraq, terrorçuların ölkəsində mövcudluğuna və xarici müdaxiləçilərin müdaxiləsinə son qoymağa çalışır", - deyə Əmir Abdullahian qeyd edib.