May 11, 2022 12:22 Asia/Baku
  • İranın cənub-şərqində qaçaqmalçı dəstə məhv edilib

İran İslam Respublikasının sərhəd qoşunları komandanı ölkənin cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin sərhədçiləri tərəfindən silah və sursat qaçaqmalçılığı dəstəsinin məhv edilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı pasdar Əhməd Əli Qudərzi dünən deyib: Sistan və Bəluçestan vilayətinin sərhədçiləri Zabul sərhəd alayında keçirdikləri əməliyyatı uğurla başa vurublar. Onlar bu zaman bir avtomobili saxlayıb, bir qaçaqmalçını yaxalamaqla bərabər, on səkkiz ədəd Kalaşnikov avtomatı, üç ədəd kiçik qabaritli Kalaşnikov avtomatı, üç ədəd qırx millimetrlik qumbaraatan, həmçinin nəzərəçarpacaq miqdarda sursat aşkar ediblər.

Qaçaqmalçıların həbs edilmələri üzrə səyin sərhədçilərin iş gündəmində durduğunu bildirən İran İslam Respublikasının sərhəd qoşunları komandanı bildirib ki, qaçaqmalçılar və silah quldurları ilə mübarizə istiqamətində xüsusi tədbirləri öz iş sərlövhələri kimi qərar verən sərhədçilər ölkə sərhədləri boyunca onlara fəaliyyət və cövlan icazəsi verməyəcəklər.

 

Teqlər