İranda iki avropalı iğtişaş amili həbs edilib
İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi ölkədə xaos və iğtişaşlar təşkil etməyi planlaşdıran iki avropalı şəxsin həbs edilməsindən xəbər verib.
İranın Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr və informasiya baş idarəsi bir məlumatda bildirib: İranda bəzi təbəqə və peşə birliklərinin haqlı tələblərindən sui-istifadə və onların adi tələblərinin istiqamətini iğtişaşa, sosial xaosa tərəf yönəltmək və cəmiyyətdə səbatsızlıq yaratmaq məqsədilə ölkəyə daxil olmuş iki avropalı şəxs İranın təhlükəsizlik qüvvələri tərəfindən aşkar və həbs edilibdir.
İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi əlavə edib: Bu şəxslər daxildəki pozğun şəxs və şəbəkələri sistematik vəziyyətə gətirmək, istiqamətləndirmək və onlara təlim keçməklə İran cəmiyyətinini zəhmətkeş və şərəfli təbəqələrinin tələb və problemlərinə hakim kəsilib, tələbləri yayındırmaq və özlərinə bağlı olan qrupları sistematik formaya salmaqla cəmiyyəti əmin-amansızlıq, şər işlər və dağıntıdan ibarət ağır bir dalğa ilə üzləşdirmək tapşırığına malik olublar.