May 12, 2022 21:17 Asia/Baku
  • Rəisi: Xarici ölkələrin müdaxilələri regionun təhlükəsizliyi üçün zərərlidir

İran İslam Respublikasının prezidenti deyib ki, hər hansı xarici müdaxilə regionun təhlükəsizliyi üçün zərərlidir.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Tehranda Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani ilə birgə mətbuat konfransında region məsələlərinə işarə ilə qeyd edib ki, xarici ölkələrin və qərblilərin regionun işlərinə qarışmaları təhlükəsizlik yaratmır.

«Tehran və Doha region problemlərinin həllində ortaq fikirlərə malikdirlər»- deyən İran prezidenti əlavə edib: Yəmənin mühasirəsi tez bir zamanda sındırılmalı və bu ölkənin xalqı öz ölkəsi barədə qərar çıxarmalıdır.

Rəisi deyib: Əfqanıstan xalqı da öz ölkəsində bütün qövmləri və siyasi qrupları ehtiva edə biləcək əhatəli bir hökumətə malik olmalı və bu ölkədə dayanıqlı təhlükəsizlik yaradılmalıdır.

İranın icra hakimiyyətinin başçısı Fələstin məsələsinə də toxunub: Qəzzə zolağı əhalisinin mühasirə edilməsi sındırılmalı və sionist rejim tərəfindən törədilən dəhşətli cinayətlərə son qoyulmalıdır.

Dünən sionist hərbçilərin atəşləri ilə şəhid edilən fələstinli jurnalist Şirin Əbu-Aqilənin şəhadəti münasibətilə başsağlığı verən Rəisi vurğulayıb: Bu kimi cinayətər heç bir vəchlə sionist rejimə təhlükəsizlik yarada bilməz. Əksinə, bu cür cinayətlər sionist rejimə qarşı ümumi nifrəti daha da artıracaq.

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani də deyibdir ki, regiondakı ixtilafların/ konstruktiv dialoqdan başqa, bir həll yolu yoxdur. O, bildirib ki, İran prezidenti ilə Fələstin, Suriya, İraq və Yəmən barədə danışıb.

Qətər əmiri vurğulayıb: İran-Qətər əlaqələri möhkəm əlaqələr olub, dinc yanaşı yaşama prinsipinə söykənir və İran prezidentinin Qətərə son səfəri, iki ölkə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılan bir addım sayılır.

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani İran İslam Respublikasının başçıları ilə görüşmək məqsədilə bu gün yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətilə Tehrana daxil olub.

Teqlər