May 13, 2022 12:05 Asia/Baku
  •  Hüseyn Əmir-Abdullahian
    Hüseyn Əmir-Abdullahian

İran İslam Respublikasının xarici işlər naziri Əlcəzirə telekanalı müxbirinin İsrail rejimi tərəfindən terror edilməsini bu rejimin dünya xalqlarının Fələstindəki zülm gerçəkliyindən agah olmalarından qorxmasının nişanəsi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian sionistlərin bu cinayətinə reaksiyada tvitter-də yazıb: İsrail rejiminin cinayətləri haqdakı xəbərləri danmaq məqsədilə həyata keçirilmiş Şirin Əbu-Aqilənin məqsədyönlü terroru, işğalçıların dünya xalqlarının Fələstin səhnəsindəki zülm gerçəkliyindən agah olmalarından qorxduqlarını göstərir.

Əmir-Abdullahian əlavə edib: Fələstin yaşayır, işğalçılıq isə məhv olmağa doğru gedir. Sionist rejimin cəzasız qalmasına son qoyulmalıdır.

Sionistlərin Əlcəzirə telekanalının müxbiri Şirin Əbu-Aqiləni terror etmək üzrə yeni cinayəti geniş beynəlxalq qınaqla üzləşib.

Sionist rejim hərbçiləri indiyədək yüzlərlə jurnalisti həbs edib, yaralayıb və ya şəhid ediblər.

 

Teqlər