May 14, 2022 10:25 Asia/Baku
  • Prezident Rəisi BƏƏ başçısının vəfatı ilə əlaqədar başsağlığı verib

İran İslam Respublikasının prezidenti bir müraciətdə Birləşmiş Ərəb Əmirliklərinin başçısı Xəlifə Bin Zayed Ali Nəhyanın vəfatı ilə əlaqədar başsağılığı müraciəti ünvanlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu müraciətdə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zayedə və bu ölkənin hökuməti və xalqına başsağlığı verib.

Prezident Rəisinin müraciətində yazıb: "Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əlahəzrət Şeyx Xəlifə Bin Zayed Ali Nəhyanın vəfatı xəbəri dərin hüzn və kədərə səbəb oldu. Onun vəfatı ilə əlaqədar Zati-alinizə, Birləşmiş Ərəb Əmirliklərinin hökumətinə və xalqına başsağlığı verir, onun üçün dua edir, sizə və ailənizə səbr diləyirəm".

BƏƏ-nin hökmdarı Şeyx Xəlifə Bin Zayed Ali Nəhyan cümə günü 73 yaşında vəfat edib.

Xəlifə Bin Zayed Ali Nəhyan BƏƏ hökumətinin qurucusu, Zayed Bin Sultan Ali Nəhyanın ən böyük övladı və onun vəliəhdi idi və atasının vəfatından sonra Əbu-Dabinin hökmdarı oldu. 

Teqlər