May 15, 2022 11:48 Asia/Baku
  • Xəzərdəki neft yataqlarında əməkdaşlıq üçün müzakirə aparılır

İran İslam Respublikası Milli Neft Şirkətinin baş direktoru ölkəsinin Azərbaycanla neft sahəsində əməkdaşlığı genişləndirmək istədiyini bildirb.

SəhərAzəri-nin məlumatına əsasən, Möhsin Xocəstə APA-nın Tehran müxbirinə açıqlamasında bildirib deyib ki, Xəzər dənizində neft yataqlarında əməkdaşlıq üçün Azərbaycan tərəfi ilə müzakirə aparılır. 

Möhsin Xocəstə İran milli neft şirkətinin siyasətinə toxunaraq qryd edib ki, İran digər ölkələrlə əməkdaşlığı artırmalıdır. 

Onun sözlərinə görə, İran tərəfi Azərbaycanla təkcə Xəzər dənizindəki neft yataqları ilə bağlı deyil, ümumiyyətlə əməkdaşlığı inkişaf etdirmək haqqında müzakirələr aparır.

Baş direktor Türkmənistan qazının İran vasitəsilə Azərbaycana mübadilə edilməsi haqqında bildirib ki, bu addım strateji və dəyərli addımdır: "İran qazı Türkmənistandan alır, qazın bir hissəsini özü istifadə edir, bir hissəsini Azərbaycana təhvil verir. Bu İranın geopolitik mövqeyini və tranzit üçün potensialının göstəricisidir."

O eyni zamanda deyib ki, sanksiyaların ləğvindən sora neft ixracatını 2 dəfə artırmağa hazırdılar.

Teqlər