May 16, 2022 14:12 Asia/Baku
  • İran və Rusiya neft-qaz sektorunda müsbət qərarlar əldə ediblər

İran və Rusiya arasında neft-qaz yataqlarının hasilatı, işlənməsi və s. bu kimi sahələrlə bağlı müsbət qərarlar qəbul ediblər.

SəhərAzəri-nin Sputnikə istinadən verdiyi məlumata görə,İranın Rusiyadakı səfiri neft və qaz sənayesində əməkdaşlıq xəritəsinin Rusiyaya təhvil verildiyini açıqlayıb.

İranın Moskvadakı səfiri Kazem Cəlali RİA Novosti-yə müsahibəsində bildirib ki, İran və Rusiya Federasiyası neft-qaz sektorunda müsbət qərarlar əldə ediblər. Tehran Moskvaya bu sənayedə "əməkdaşlıq xəritəsini" təqdim edib.

Onun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi hökumətin iş gündəliyinə Rusiya şirkətləri və Rusiya hökuməti ilə enerjinin müxtəlif sahələrində əməkdaşlıq sahələrinin ciddi şəkildə nəzərdən keçirilməsi daxildir.

"Tərəflər neft və qaz yataqlarının hasilatı, işlənməsi, emalı, neft emalı, neft kimyası, neft-qaz sənayesində strateji əhəmiyyət kəsb edən avadanlıq və texnologiyaların transferi sahəsində danışıqlar aparıblar. Nəticədə müsbət qərarlar qəbul ediblər", - deyə səfir bildirib.

"Hətta Rusiya ilə hərtərəfli və dolğun əməkdaşlıq xəritəsi tərtib edilib və bu xəritə Rusiya Federasiyasının rəsmilərinə təqdim edilib", - deyə Cəlali bildirib.

Teqlər