May 17, 2022 15:25 Asia/Baku
  • Tacikistanda Əbabil-2 PUA zavodu açılıb

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Tacikistanın müdafiə nazirinin iştirakı ilə Düşənbədə “Əbabil-2” pilotsuz uçuş aparatlarının istehsalına başlanılıb.

SəhərAzəri-nin məlumatına əsasən, iki ölkə arasında müştərək müdafiə və hərbi əməkdaşlığı gücləndirmək məqsədilə Əbabil-2 PUA istehsalı zavodunun açılması əməkdaşlığın srateji həddə yüksəlməsinin əlaməti kimi qəbul olunur.

Zavodun açılış mərasimində çıxış edən general Baqiri qeyd edib ki, İran İslam Respublikası yerli mütəxəssis və elm adamlarının səyləri və daxili imkanlarından istifadə edərək, bütün hərbi və müdafiə ölçülərində, xüsusilə pilotsuz təyyarələrin hazırlanmasında nəzərəçarpacaq nailiyyət əldə edə bilib; “Bu gün biz elə bir vəziyyətdəyik ki, daxili ehtiyacları ödəməkdən əlavə, təhlükəsizliyin və davamlı sülhün yaranması üçün müttəfiq və dost ölkələrə hərbi texnika ixrac edə bilərik”, - deyə iranlı general vurğulayıb.

Teqlər