May 18, 2022 14:29 Asia/Baku
  •  Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti ölkədə toz-torpaq probleminin əsaslı şəkildə həll edilməsinə təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün nazirlər kabinetinin iclasında ətraf mühit təşkilatına tapşırıq veribdir ki, İranın Xarici İşlər Nazirliyi və digər əlaqədar orqanlarının həmkarlığı ilə hava çirklənməsi problemini həll etsin.

Rəisi əlavə edib: Bu məsələnin əsaslı həlli, qonşular və region ölkələri ilə əməkdaşlıq tələb edir.

Ötən günlər ərzində qum və toz-torpaq fırtınası İrandan qərbdə yerləşən qonşu ölkələrin, o sıradan Suriya, İraq və İordaniyanın səmalarını təsir altına aldı və sonra toz zərrəcikləri İrana daxil oldular.

Bu fırtına Türkiyədə iri su bəndinin inşasının nəticəsidir.

Suriyanın bəzi rayonlarında qum və toz-torpaq fırtınası nəticəsində doqquz nəfər həyatını itirib.

İraqda isə minlərlə nəfər tənəffüs problemlərinə görə, xəstəxanalara göndərilibdir.

İranda da bəzi şəhərlər toz-torpaq üzündən tətil edilibdir.

 

Teqlər