May 18, 2022 17:48 Asia/Baku
  • İran Zəngəzur dalanını yekunlaşdırmağa hazırdır

İranın yol və şəhərsalma naziri Azərbaycan Respublikasının baş nazir müavini ilə görüşdə rəsmi Tehranın Naxçıvanın İran vasitəsilə Azərbaycan Respublikası ilə qovuşması üzrə şose yolunun salınmasına dair müqavilənin yekunlaşdırılmasına hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Rüstəm Qasimi Tehranda Şahin Mustafayevlə görüşdə iki ölkənin qardaşlığına və çox yaxşı əlaqəsinə işarə ilə deyib: İki ölkə arasında neft, sənaye, elektrik və su üzrə çox sayda mövzu var, amma iki ölkə arasındakı olduqca mühüm məsələ, tranzit məsələsidir.

Qasimi əlavə edib: İran Zəngəzur dalanını yekunlaşdırmağa hazırdır.

Şahin Mustafayev də bu görüşdə tranziti İrana səfərinin mühüm məsələsi adlandırb. Bildirib ki, rəsmi Bakı Qasiminin Azərbaycan Respublikasına səfərinə böyük önəm verir.

Mustafayev qeyd edib ki, Əliyev işğaldan azad edilmiş ərazilərə səfərdə İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırıb.

Azərbaycan Respublikasının baş nazir müavini həmçinin deyib ki, ölkəsi İranın Qarabağ savaşındakı mövqeyinə görə, minnətdardır.

Teqlər