May 23, 2022 11:19 Asia/Baku
  • Rəisi: Şəhid Səyyad Xudayinin qanının qisası mütləq alınacaq

İran İslam Respublikasının prezidenti şəhid Səyyad Xudayinin şəhadəti ilə bağlı onun ailəsinə və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-a başsağlığı verib və bu şərəfli şəhidin qanının qisasının cinayətkarlardan mütləq alınacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Məsqətə yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada şəhid Səyyad Xudayinin terror edilməsinə işarə edərək, deyib: "Bu hadisənin təqibi şübhəsiz ki, bu cinayətin arxasında dünya imperializminin əlinin olduğunu sübut edəcək".

Rəisi əlavə edib: "Meydanda hərəm müdafiəçilərindən ağır zərbə alanlar bu cinayətlə öz çarəsizliklərini göstərmiş oldular".

İran İslam Respublikası prezidenti, həmçinin Omana səfərinə toxunaraq, bu səfərin Oman Sultanı Heysəm Bin Tariq Əl-Səidin rəsmi dəvəti ilə baş tutduğunu bildirib.

İran və Oman münasibətlərinin hazırkı səviyyəsinin məqbul olmadığını deyən Rəisi deyib: "Hər iki ölkənin qərarı və iradəsi ticarət, nəqliyyat, enerji, turizm və xüsusilə də səhiyyə turizmi sahələrində əlaqələrin səviyyəsini yüksəltməkdir". 

Teqlər