May 25, 2022 15:32 Asia/Baku
  • Mübarizə və sədaqətlə qalib gəlmək olar

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, ölkənin hazırkı problemlərində mübarizə və sədaqətlə qalib gəlmək olar.

SəhərAzəri-nin məlumatına əsasən,İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə İran İslam Şurası Məclisinin on birinci çağırışının üzvləri ilə görüşdə Xürrəmşəhrin fəth edilməsini milli qurtuluşun və acı tənliyin şirin tənliyə çevrilməsinin simvolu adlandırıb və vurğulayıblar ki, ölkənin hazırkı problemlərində o dövrdə olduğu kimi, mübarizə və sədaqətlə qalib gəlmək olar.

İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: Bu, o zaman kəsiyinə və o hadisələrə xas deyildir. Ölkənin/ daxili və xarici problemlər, kibernetika sahəsi üzrə problemlər kimi müxtəlif hadisələrində/ Allah yolunda mübarizə, cihad əməli, dini sədaqət, əzmkarlıq, təşəbbüs və bu kimi bir neçə amilin köməyilə qalib gəlmək mümkündür.

O həzrət dünyanın indiki xas şəraitinə işarə ilə deyiblər: Güclərin düşmənçilik rəqabətləri, nüvə gücllərinin bir-birilərinə qarşı təhdidləri, dünyanın ən çox müharibə ocaqlarından biri kimi Avropanın yaxınlığında müharibə və artmaqda olan hərbi təhdid və hərəkətlər, dünya səviyyəsində qida təhdidləri və bir xəstəliyin nadir pandemiyası- bütün bunların hamısı, dünyanın hazırkı şəraitini xas edən amillərdirlər. Belə bir şəraitdə ölkələrin idarə edilməsi, daha çətin və daha mürəkkəb olubdur.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin belə qeyd ediblər: İran, bütün ölkələrə hakim kəsilmiş şəraitdən əlavə, dini demokratiyadan ibarət/ və hegemonçuluq sisteminin tənzimat cədvələnin pozulmasına səbəb olan/ yeni bir meyar təqdim etdiyinə görə, dünya qüdrətlərilə müxtəlif miqyaslarda daima mübarizədədir. Amma İran İslam Respublikası bütün düşmənçiliklər və ədavətlər qarşısında sinəsini sipər edib, inkişaf etməkdə və uğur qazanmaqdadır.

Teqlər