İran Fars körfəzi sularında Yunanıstana aid 2 neftdaşıyan gəmini saxlayıb
İran Fars körfəzi sularında Yunanıstana aid 2 neftdaşıyan gəmini saxlayıb və bayrağını endirib. Saxlanılan neftdaşıyan gəmilərin adları “Prudent Warrior” və “Delta Poseidon”-dan ibarətdir.
SəhərAzəri-nin məlumatına əsasən,İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti bu gün bir məlumat yayaraq bildirib ki, Sepah-ın dəniz qoşunları bu gün Fars körfəzi sularında Yunanıstana aid olan iki ədəd neftdaşıyan gəmini qanun pozuntularına yol verdiklərinə görə saxlayıb.
Yunanıstana məxsus olan bu gəmilərdən biri Əsəluyyə digəri isə Lengə limanı və Hendurabi adasının yaxınlığında saxlanılıb.
İran bu təşəbbüsü Yunanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağıraraq dəniz oğurluğuna son qoyulmasına dair ona xəbərdarlıq etməsindən sonra həyata keçirib.
Ötən ay Yunanıstan İran bayrağı ilə hərəkət edən bir neftdaşıyan gəmini saxlayıb. Röytersə görə Yunanıstan həmin gəminin neft yükünü Amerikaya təhvil verib.