May 30, 2022 14:02 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti bildirib ki, bu gün toz zərrəciklərilə mübarizə, ortaq regional tələbə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi qeyd edib ki, bütün region ölkələrindən bu problem qarşısındakı məsuliyyətlərinə əməl etmələri gözlənilir.

İraqın baş naziri Mustafa Əlkaziminin telefon zənginə cavab verən Rəisi qum fırtınasından irəli gələn problemlərə və toz zərrəciklərinin İran və İraq şəhərlərinə hücum etmələrinə toxunub. Bildirib ki, iqlim dəyişiklikləri xas bir ölkəyə aid olmayıb, sərhədlərdən keçir.

Türkiyədə iri su bəndinin inşasının ilk məhsulu olan qum və toz-torpaq fırtınası İran, Suriya, İraq və İordaniyanın səmalarını bürüyübdür.

 

Teqlər