May 30, 2022 14:57 Asia/Baku
  • İran və Tacikistan
    İran və Tacikistan

Tehranla Düşənbə arasında müxtəlif sahələrdə on yeddi əməkdaşlıq sənədi imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran və Tacikistanın yüksək vəzifəli rəsmiləri/ Seyid İbrahim Rəisi və İmaməli Rəhmanın hüzurunda/ siyasi, iqtisadi, ticari, nəqliyyat, investisiya, modern texnologiyalar, ekologiya, idman, energetika, məhkəmə, təhsil, tədqiqat və turizm sahələrində on yeddi əməkdaşlıq sənədini imzalayıblar.

Sənədlər/ İranın xarici işlər,/ sənaye, mədən və ticarət,/ neft,/ yol və şəhərsalma,/ energetika,/ maliyyə və iqtisadi məsələlər,/ mədəni irs və turizm,/ ədliyyə,/ idman və gənclər və kooperasiya, əmək və sosial təminat nazirləri, həmçinin birja və qiymətli kağızlar təşkilatı və ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədrləri və onların tacik həmkarları tərəfindən imzalanıb.

 

Teqlər