İyun 02, 2022 21:21 Asia/Baku
  • Kann film festivalında şiələrin inanclarına hörmətsizlik pislənib

Əhli-Beyt(ə) Ümumdünya Assambleyasının sədr müavini «Müqəddəs hörümçək» filminin Kann film festivalında göstərilməsini, həmçinin şiələrin inanclarına və imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu Həzrət Əli ibn Musa Əl-Rza(ə)-a qarşı hörmətsizliyi pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Kann film festivalı bir çox beynəlxalq tənqidçinin kəskin reaksiyası ilə üzləşən qeyri-peşəkar və siyasi bir hərəkətdə öz mükafatlarından birini islami və irani dəyərləri şübhə altına alan «Müqəddəs hörümçək» kimi zəif və hörmətsiz filmə verib.

Əhli-Beyt(ə) Ümumdünya Assambleyasının sədr müavini Ayətullah Qurbanəli Dürri-Nəcəfabadi bir müraciətdə əlavə edib: Pak Rəzəvi hərəmi əsrlər boyudur ki, Əhli-Beyt(ə) vurğunlarının vədə yeri və İran xalqının birlik və vəhdət mehvəri olub və olacaqdır. Bu kimi fitnələr bu xalqın Əhli-Beyt(ə)-a, xüsusən İmam Rza(ə)-a olan məhəbbəti və hörmətini azalda bilməz.

Dürri-Nəcəfabadi söyləyib: Dünya şiələri, xüsusən İranın mömin xalqı İmam Rza(ə)-ı pənahsızların pənah yeri bilirlər və hər il milyonlarla aşiq öz vurğun ürəyini ziyarət şövqü ilə o böyük imamın pak ziyarətgahına peyvənd edir və özünün bütün tələb və ehtiyacını o həzrətin müqəddəs hüzuruna ifadə edir.

Teqlər