İyun 03, 2022 12:32 Asia/Baku
  • İran FTB-nin kiberhücumla bağlı iddiasını əsassız adlandırıb

İranın BMT-dəki Daimi Nümayəndəliyi cümə axşamı günü Federal Təhqiqatlar Bürosu FTB-nin İranın Amerika xəstəxanasına kiberhücum etməsi ilə bağlı iddiasını əsassız adlandıraraq qəti şəkildə rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, İran missiyası bildirib ki, İranın özü ABŞ və İsrailin öz infrastrukturlarına, o cümlədən nüvə obyektlərinə qarşı kiberhücumlarının qurbanıdır.

"Bu əsassız iddia İrana qarşı psixoloji müharibənin nümunəsidir və buna görə də heç bir dəyəri yoxdur", - deyə İranın BMT-dəki Daimi Nümayəndəliyi qeyd edib. 

İran missiyası əlavə edib: "İddia edilən kiberhücumdan təxminən bir il sonra belə dezinformasiya kampaniyasının FTB tərəfindən yayılması ironikdir və bu, iddianın etibarlılığını şübhə altına alır".

FTB direktoru "Christopher Wray" çərşənbə günü İranı bir il əvvəl baş verdiyi iddia edilən Boston Uşaq Xəstəxanasına qarşı kiberhücuma görə ittiham edib.

O, FTB-nin xəstəxananın kompüter şəbəkəsinə ciddi ziyan vurmadan hücumu təsirsiz hala gətirə bildiyini iddia etdi.

Teqlər