Türkmənistan qazının İran vasitəsilə Azərbaycana mübadiləsi həcmi ikiqat artacaq
https://azeri.sahartv.ir/news/İran-i389757-türkmənistan_qazının_İran_vasitəsilə_azərbaycana_mübadiləsi_həcmi_ikiqat_artacaq
İran üzərindən Azərbaycana ötürülən Türkmənistan qazının həcmi, Avropa bazarlarında satılmaq üçün iki dəfə artacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2022 15:24 Asia/Baku
  • Türkmənistan qazının İran vasitəsilə Azərbaycana mübadiləsi həcmi ikiqat artacaq

İran üzərindən Azərbaycana ötürülən Türkmənistan qazının həcmi, Avropa bazarlarında satılmaq üçün iki dəfə artacaq.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının neft naziri Cavad Ocinin Azərbaycan Respublikasına səfərinin planlarından biri də Bakı Enerji Forumu çərçivəsində İran-Azərbaycan-Türkmənistan qaz mübadiləsi sazişində qeyd olunan qazın həcmini iki dəfə artırmaq üçün anlaşma memorandumunun imzalanmasıdır. 

İranın neft naziri Bakı Enerji Forumunda deyib: "İran Türkmənistandan hər il təxminən 1,5-2 milyard kubmetr qaz alır və onu Azərbaycan Respublikasına çatdırır".

Bu gün imzalanacaq müqavilə ilə Azərbaycan Respublikası hər il İrandan təxminən 4 milyard kubmetr qaz alacaq.

Razılaşma İranın enerji habı kimi şərq bölgələrini enerji qazla təmin etməklə yanaşı, Azərbaycan Respublikası və Türkmənistanın regiondan kənara enerji və qaz ixracı sahəsində maraqlarına uyğundur.