"İmam Xomeyninin (r.ə) sirəsi İslamda siyasət fəlsəfəsinin aydın təfsiridir"
https://azeri.sahartv.ir/news/İran-i389759-İmam_xomeyninin_(r.ə)_sirəsi_İslamda_siyasət_fəlsəfəsinin_aydın_təfsiridir
Tehranın müvəqqəti imam cüməsi deyib: "Mərhum imamın əxlaqi xüsusiyyətləri və davranışı İslamda siyasət fəlsəfəsinin aydın təfsiridir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2022 15:40 Asia/Baku

Tehranın müvəqqəti imam cüməsi deyib: "Mərhum imamın əxlaqi xüsusiyyətləri və davranışı İslamda siyasət fəlsəfəsinin aydın təfsiridir".

SəhərAzəri-nin məlumatına əsasən, Tehranın müvəqqəti imam cüməsi Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabi Fərd cümə namazı xütbələrində həzrət İmam Xomeyninin (r.ə) vəfatının ildönümü ərəfəsində deyib: "İmam Xomeyni (r.ə) yeniyetməlik illərindən İmam Əlinin (ə) kəlamlarını öz hərəkatının sərlövhəsinə qərar verməyə çalışıb".

Seyid Məhəmməd Həsən Əbutorabi Fərd İmam Xomeyninin (r.ə) İranın yüksək müdafiə gücü olmadığı dövrdəki bəyanatlarına toxunaraq, deyib: "İmam Xomeyninin əminliyi idi ki, bütün dünyanın qarşısında dayandı və dedi ki, əgər dinimizə qarşı dayansanız, bütün dünyanıza qarşı dayanacağıq". 

Tehranın müvəqqəti imam cüməsi, həmçinin İranın mühəndislik potensialı haqqında əlavə edib: "İran İslam Respublikasının elmi hərəkatı sayəsində bu gün bütün dünya mütəxəssislərinin fikrincə, bu ölkənin mühəndisliyi, şərəfli, görkəmli və müstəsna bir mövqeyə malikdir".